"Xəzər Lənkəran" Ruslan Abışovla müqavilə bağlamayıb? - KLUBDAN RƏSMİ AÇIQLAMA

14:43 25 Avqust 2015

"Xəzər Lənkəran"ın yeni transferi Ruslan Abışovla müqavilə bağlamadığı haqda xəbərlər yayılıb. İddiaya görə, milli komandamızın üzvü yeni klubundan maaş da almır. Yayılan məlumatlarla bağlı "Xəzər Lənkəran"la əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az saytına açıqlamasında məsələyə aydınlıq gətirdi:

 

"Bunlar hamısı boş söhbətlərdir. İstər Vüqar, istərsə də Ruslanın klubumuzda heç bir problemi yoxdur. Deyilənlər hamısı absurd fikirlərdir. Hər iki futbolçu sentyabrda meydana çıxacaq. Belədə bizim aramızda necə pul problemi ola bilər?".

 

Klub rəsmisinin sözlərinə görə, Abışovla ilkin müqavilə bağlanıb: Rəsmi müqavilə sentyabr ayının ilk iş günündə imzalanıb, ictimaiyyətə açıqlanacaq. Bu, yeni transferlərin hər birinə aiddir".


Digər xəbərlər

Xəbər xətti