"Qəbələ" ilə oyunöncəsi "Panatinaikos" daha 2 futbolçusunu itirdi

16:56 25 Avqust 2015

“Panatinaikos” Avroliqanın pley-off mərhələsinin "Qəbələ" ilə cavab oyununa ciddi itkilərlə çıxa bilər. Sportarena.az xəbər verir ki, almaniyalı müdafiəçi Yens Vemmer və finlandiyalı yarımmüdafiəçi Robin Lod məşqdə zədələnib. Onların “Qəbələ” ilə cavab matçında iştirakı sual altına düşüb.

 

Bu barədə komandanın baş məşqçisi Yannis Anastasiu məlumat verib. O, həmçinin zədədən dönən Maykl Essyeni də Afinadakı matçda meydançaya buraxıb-buraxmayacağına oyun günü qərar verəcəyini deyib.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” görüşü avqustun 27-də keçiriləcək. Bakıdakı ilk matçda qol vurulmamışdı.


Digər xəbərlər

Xəbər xətti