AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Azərbaycan, 8-də isə Rusiya ilə qarşılaşacaq Avstriyanın U-21 yığmasının heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Verner Qreqoriç düşərgəyə 23 futbolçu dəvət edib.
Avstriya millisinə “Real” və “Bavariya” kimi klubların da oyunçuları çağırılıb.
Qapıçılar: Daniel Bahmann (“Ross Kantri”, Şotlandiya), Markus Kuster (“Mattersburq”), İvan Luçiç (“Bavariya”, Almaniya)
Müdafiəçilər: Lukas Quqqaniq (“Frankfurt”, Almaniya), Lukas Yaqer (“Altax”), Filip Linhart (“Real”, İspaniya), Kristof Marçinko (“Austriya”), Fillip Mvene (“Ştutqart”, Almaniya), Filip Poş (“Admira Vakker”), Ylli Sallahi (“Karlsrue”, Almaniya), Kristian Şoissenqeyr (“Şturm”)
Yarımmüdafiəçilər: Kristian Derflinqer (“Qrodiq”), Nikola Dovedan (LASK), Kristian Qartner (“Fortuna”, Düsseldorf, Almaniya), Valentino Lazaro (“Zalsburq”), Martin Rasner (“Qrodiq”), Tarkan Serbest (“Austriya”), Luis Şaub (“Rapid”), Alessandro Şopf (“Nürnberq”, Almaniya), Dominik Vidra (“Paderborn”, Almaniya)
Hücumçular: Kevin Freyzinbixler (“Austriya”), Mihael Qreqoriç (“Hamburq”, Almaniya), Florian Qrilliç (“Verder”, Almaniya)
Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu “Dalğa Arena”da keçiriləcək.