"Valensiya" və "Monako" qrup mərhələsində, "Malmö" "Seltik"i Avroliqaya göndərdi - YENİLƏNİB

01:38 26 Avqust 2015

Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, bu gün 5 klub qrup mərhələsinə vəsiqəni təmin edəcək.

 

"Qarabağ"ı ÇL-dan kənarlaşdıran "Seltik" Şotlandiyada 3:2 hesabı ilə məğlub etdiyi "Malmö"nün qonağı olacaq. "Makkabi" səfərdə 2:2 oynadığı "Bazel"i qəbul edəcək. "Dinamo" isə "Skenderbeu"nu sınağa çəkəcək. "Şaxtyor" səfərdə 1:0 hesabı ilə məğlub etdiyi "Rapid"lə münasibətlərinə aydınlıq gətirəcək.

 

Gecənin ən maraqlı oyunu isə Fransada baş tutacaq. "Monako" "Valensiya"nı qonaq edəcək. Bu komandalar arasında İspaniyada keçirilən ilk görüş 3:1 hesabı ilə "yarasalar"ın xeyirinə başa çatıb.

 

Çempionlar Liqası, "pley-off" mərhələsinin cavab oyunları

25 avqust

 

23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) 2:0
İlk oyun - 2:3

23:45. “Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) 1:1
İlk oyun - 2:2

23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya) 4:1
İlk oyun - 2:1

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya) 2:2
İk oyun - 1:0

23:45. “Monako” (Fransa) - "Valensiya" (İspaniya) 2:1
İlk oyun - 1:3


Digər xəbərlər

Xəbər xətti