Son vaxtlar mətbuatda "Neftçi" ilə bağlı məlumatlar səngimək bilmir. "Sumqayıt"la oyun haqda gəzən söz-söhbətlər unudulmamış indi də klubun Müşahidə Şurasının dağılması xəbəri gündəmi zəbt etdi. Xüsusilə şuranın sədri Çingiz Abdullayev və Bəhram Bağırzadənin MŞ-dan ayrıldığı iddiaları daha güclü idi. Ç. Abdullayev rəsmi sayt vasitəsilə məsələyə aydınlıq gətirsə də, Bəhram Bağırzadədən səs-soraq yox idi. Azarkeşlərlə polislər, eyni zamanda komandanın bəzi futbolçuları arasında baş verən xoşagəlməz hadisələr zamanı Bağırzadənin gözə dəyməməsi ehtimalları daha da gücləndirmişdi.
Ancaq "Bakılı oğlanlar"ın keçmiş üzvü Sportarena.az-a açıqlamasında haqqında çıxan xəbərlərə aydınlıq gətirdi. O, vəzifəsinin başında olduğunu bildirdi:
"Müşahidə Şurasından ayrıldığımı kim deyir? Ordayam. İşlər öz qaydasında gedir. Artıq nəticələrini siz də görürsüz".
"Uzun müddətdir sizdən səs-soraq yoxdur. Hətta məlumqalmaqalların yaşandığı olaylarda da ortaya çıxmadız. Buna necə izah verərdiz" sualımıza isə Bağırzadənin cavabı belə oldu: "Bakıda deyiləm. Gələrəm, danışarıq".