Yığmamız Türkmənistanı darmadağın etdi

10:52 26 Avqust 2015

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, ABU Arena-da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib. Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar.

 

Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. ABU Arena-da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.


Xəbər xətti