"Xəzər Lənkəran" bir müddət öncə baxışa dəvət olunan legionerlər - serbiyalı hücumçu Milorad Janjus və xorvatiyalı pleymeyker Sanin Muminoviçin geri göndərilməsinə aydınlıq gətirib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az-a açıqlamasında əcnəbilərin gedişinin səbəbini bu cür izah edib:
"Məsələ belədir ki, onlar komandanın düşərgəsinə hələ Nevşehirdə qoşulmalı idilər. Amma viza məsələsinə görə gec gəldilər. Biz isə arıq heyəti komplektləşdirmişik. Onları götürsək, gənclərə yer qalmır. Gərək gənc oyunçularımızı əvəzedici komandaya göndərək. Biz isə onların yolunu kəsmək istəmədik. Təcrübəli futbolçularla gənclərin sintezindən iddialı komanda formalaşdırmaq niyyətindəyik".
Klub rəsmisi legionerlərin geri qaytarılmasının klubun büdcəsi ilə bağlı olmadığını bildirib və onların qışda komandaya qoşula biləcəklərini istisna etməyib: "Belə məsləhət oldu. Bunun büdcəyə heç bir aiddiyyatı yoxdur. Artıq heyət komplektləşib. Qışda onları işbaşında izləmək imkanımız olacaq. Lazım olsa, dekabrda yenidən komandaya dəvət edəcəyik".