"Bunun təsadüf olduğunu sübuta yetirmək istəyirəm" - Millimizin üzvü

14:57 26 Avqust 2015

Məlum olduğu kimi, sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Sportarena.az xəbər verir ki, mundialda çıxış edəcək yunan-Roma güləşi üzrə milli komandanın üzvü Həsən Əliyev fikirlərini federasiyanın rəsmi saytına açıqlayıb:

 

“Yarışlara hazırlıq yüksək səviyyədə keçib. İnanıram ki, həm özüm, həm də digər komanda yoldaşlarım bizə bəslənən ümidləri doğruldacağıq. Bakıda keçirilən birinci Avropa Oyunlarında bürünc medalla kifayətlənməli oldum. Amma dünya çempionatında bunun təsadüf olduğunu sübuta yetirmək istəyirəm. Rəqiblərimizi də məşqçilər heyəti ilə birlikdə təhlil etmişik. Bilirsiniz ki, dünya çempionatında zəif rəqib olmur. Bununla belə, əlimizdən gələni edib fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti