Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahəti başa vurmaq üzrədir. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən doğma meydanda hazırlıqlara start verəcək.
Milli komandanın oyunları səbəbindən Liqada baş tutmuş fasilə ilə əlaqədar olaraq "Sumqayıt" yoxlama oyunu keçirəcək. Komanda sentyabrın 5-də "İnter"lə üz-üzə gələcək. Həmin qarşılaşma "İnter Arena"da baş tutacaq.
Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.