"Qarabağ" ikinci dəfə qrup mərhələsində! - YENİLƏNİB

22:48 27 Avqust 2015

Bu gün Avrop Liqasında "pley-off" mərhələsinə yekun vurulacaq. Sportarena.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimizdən "Qarabağ" da cavab oyununa çıxıb.

 

Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə "Yanq Boyz"unu qəbul edib. İlk oyunda səfərdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandasına qruplara qala bilmək üçün evdə ən azı heç-heçə də bəs edirdi. İsveçrə klubunu 3:0 hesabı ilə darmadağın edən "Qarabağ" tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib. 

 

Avropa Liqası, "pley-off" mərhələsinin cavab oyunu

27 avqust

21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) 3:0
Qollar:
Riçard Almeyda, 4 (pen), Reynaldo, 43, Əfran İsmayılov, 61

İlk oyun - 1:0
Qırmızı vərəqə:
Stiv von Bergen, 3

Hakimlər: Gediminas Mazeyka, Vytautas Simkus və Vytenis Kazlauskas (hamısı Litva)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Digər xəbərlər

Xəbər xətti