Məhkəmə Cavid Hüseynovla bağlı qərar çıxardı

12:44 27 Avqust 2015

Səbail Rayon Məhkəməsində "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb. Sportarena.az "Report"a istinadən xəbər verir ki, C.Hüseynov məhkəmə zalına gətirilib.

 

Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib.

 

Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.


Digər xəbərlər

Xəbər xətti