“Qəbələ” bu gün Avroliqanın "pley-off" mərhələsinin cavab oyunu öncəsi “Panatinaikos”a qarşı keçiriləcək görüşdən öncə qarşı tərəfə müraciət edib. Sportarena.az Futbolxeber.az-a istinadən xəbər verir ki, bu barədə “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib:
“Bildiyiniz kimi, “Apollon”a qarşı Kiprdə baş tutan matçda xoşagəlməz hallar yaşanmışdı. Eyni halın Afinada baş verməməsi üçün “Panatinaikos” rəhbərliyinə müraciət etdik. Onlar da hər hansı bir problem yaşanmaması üçün əllərindən gələni edəcəklərini bildirdilər”.