“Kəpəz” dörd günlük istirahətdən sonra sabahdan məşqləri bərpa edəcək. Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Bakıda bir araya gələcək.
Gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçəcək “sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq. Futbolçular gündə iki dəfə məşqə çıxacaq.
Toplanış müddətində Gəncə təmsilçisi yoxlama oyununda da qüvvəsini sınayacaq. “Kəpəz” Yevlax şəhər stadionunda birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşacaq. Bu oyun sentyabrın 4-də, saat 16:00-da başlayacaq.