"Kəpəz"in qapıçısı: "Ən çox həmin oyuna görə təəssüflənirəm"

18:23 27 Avqust 2015

"Keçirdiyimiz hər üç oyunda sona qədər döyüşdük. Amma 3 xal qazana bilmədik. Ən çox "Zirə" ilə oyuna görə təəssüflənirəm. Çünki son saniyələrdə rəqibə xal verdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Tadas Simaitis deyib. Topaz Premyer Liqasının ilk üç turunda keçirdikləri oyunlarla bağlı fikirlərini açıqlayan qolkiper klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

"Düzdür, oyunumuzda hələ də çatışmazlıqlar var. Amma inanıram ki, tezliklə bundan da güclü kollektiv olacağıq. Bu oyunlarda bizə sona qədər dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar həqiqətən inanılmazdır. Bizi həqiqətən çox yaxşı motivasiya edirlər. Söz verirəm ki, tezliklə onları qələbələrimiz ilə sevindirəcəyik".


Digər xəbərlər

Xəbər xətti