"Kəpəz"də istirahət başa çatır

18:51 27 Avqust 2015

“Kəpəz” dörd günlük istirahətdən sonra avqustun 28-də məşqləri bərpa edəcək. Sportarena.az xəbər verir ki, komanda Bakıda bir araya gələcək.

 

Gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçəcək “sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq. Futbolçular gündə iki dəfə məşqə çıxacaq.

 

Toplanış müddətində Gəncə klubu yoxlama oyununda da qüvvəsini sınayacaq. “Kəpəz” Yevlax şəhər stadionunda birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşacaq. Bu oyun sentyabrın 4-ü saat 16:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti