"Qarabağ"ı təbrik edirəm. Azlıqda qalsaq da, əlimizdən gələni etdik. Ancaq artıq oyun əldən getmişdi".
Sportarena.az xəbər verir ki, bu sözləri “Yanq Boyz”un baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçından sonra keçirdiyi mətbuat konfransında deyib.
O, stadionun ot örtüyünün pis vəzəiyyətdə olmasının məğlubiyyətin səbəbi olmadığını bildirib: “Bunu müzakirə etmək düzgün deyil. Hər iki komanda eyni şərtlər altında oynadı”.