"Gözəl oyun oldu. "Qarabağ" ikinci dəfədir ki, qrup mərhələsinə vəsiqə qazanır. Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda bir ənənəyə çevrilib".
Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a qalib gələrək (3:0) qrup mərhələsinə yüksəldiyi oyundan sonra deyib. O, Ağdam klubuna bu gün belə gözəl anlar yaşatdığı üçün təşəküür edib:
"İnanıram ki, qrup mərhələsində də gözəl oyun sərgiləyəcəklər".
Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı tədbir görəcəklərini vurğulayıb: "Ot örtüyünü təcili dəyişməliyik".