Milli komandamızın baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu uğurun Azərbaycan futbolu üçün önəmli hadisə olduğunu vurğulayıb:
“Qarabağ” və “Qəbələ” klublarını uğurlu nəticə münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir. Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışın müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.