"Qrup mərhələsindəki hədəflərimiz daha böyük olacaq" - Dodo

15:27 28 Avqust 2015

"İnana bilmirəm. Bu "Qəbələ" və Azərbaycan futbolu üçün önəmli bir gün idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Dodo deyib. Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 2:2 bərabərə qaldıqları oyundan sonra Yunanıstan mətbuatına danışan braziliyalı futbolçu rəqibdən çəkinmədiklərini bildirib:

 

"Biz tarix yazdıq. "Panatinaikos"la matç bizim üçün önəmli idi. Rəqib cütün favoriti olsa da, biz onlardan qorxmadıq. Bunun üçün əsas da yox idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan yaranmışdı. Biz də bunun öhdəsindən gəldik. "Qəbələ" buna layiq idi. "Panatinaikos" yaxşı komandadır, ancaq futbolda məğlubiyyət qaçılmazdır. Artıq qrup mərhələsindəki hədəflərimiz daha böyük olacaq".

 

Dodo vurduğu qollardan da danışıb: "İki qol vurduğum üçün xoşbəxtəm. Bu, komandanın qələbəsidir. Bütün komanda yaxşı çıxış etdi. Üzərimizdə böyük təzyiq var idi. Ancaq "Panatinaikos"a lazımi vaxtda qollar vurduq. Bu, çox gözəl gecə idi".


Digər xəbərlər

Xəbər xətti