"Bu, klubumuzun qısa tarixi ərzində ən böyük gecəsidir".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin idman direktoru Toni Adams Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubu ilə cavab oyunundan sonra deyib. O, Yunanıstan mətbuatına açıqlamasında bunları söyləyib:
"Komandamız tarixi ərzində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsində də yaxşı çıxış etmək istəyirik".