Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avroliqanın pley-off mərhələsində qazandıqları uğur münasibəti ilə “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.
Sportarena.az APA-ya istinadən xəbər verir ki, təbrikdə qeyd olunur ki, Azərbaycanın futbol ölkəsi kimi tanınmasa da, “Qarabağ” FK-nın ikinci dəfə, “Qəbələ” FK-nın isə ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun böyük uğuru kimi qiymətləndirilməlidir:
“Bu qələbələri sevinclə qarşılayan xalqımız sizdən daha böyük uğurlar gözləyir”.