"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki oyunlarının təqvimi məlum olub. Sportarena.az xəbər verir ki, J qrupunda mübarizə aparan Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirəcək. Qurban Qurbanovun komandası sentyabrın 17-də "Monako"nun qonağı olacaq. İki həftə sonra isə "Qarabağ" Bakıda "Tottenham"ı qəbul edəcək.
Oktyabrın 22-də və noyabrın 5-də "Anderlext"lə ardıcıl iki dəfə qarşılaşacaq ağdamlılar noyabrın 26-da paytaxtda "Monako"nu qonaq edəcək.
Dekabrın 10-da baş tutacaq son turda isə "Qarabağ" "Tottenhem" səfərinə yollanacaq.
17 sentyabr
"Monako" - "Qarabağ"
1 oktyabr
"Qarabağ" - "Tottenhem"
22 oktyabr
"Anderlext" - "Qarabağ"
5 noyabr
"Qarabağ" - "Anderlext"
26 noyabr
"Qarabağ" - "Monako"
10 dekabr
"Tottenhem" - "Qarabağ"