"Asan olmayacaq" - "Anderlext"in baş məşqçisi püşkü dəyərləndirdi

18:12 28 Avqust 2015

"Mən rus komandalarıilə düşmək istəmirdim. Çünki Rusiya çox soyuq olur. Amma püşk qarşımıza "Dinamo"nu çıxardı. Onlar Premyer Liqada yaxşı təsir bağışlayırlar".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Anderlext"in baş məşqçisi Besnik Hasi deyib. "Qarabağ"la eyni qrupda yer alan Belçika klubunun çalışdırıcısı püşkün nəticəsinə münasibət bildirib:

"Asan olmayacaq. Amma biz artıq güclü komandalarla oyunlarda nə edə biləcəyimizi göstərmişik. İndi isə bunu Avropa Liqasında göstərməliyik".

 

Qeyd edək ki, J qrupunda "Qarabağ", "Anderlext", "Tottenhem" və "Monako" komandaları yer alıb.


Digər xəbərlər

Xəbər xətti