“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən mütəxəssis güclü rəqiblərlə qarşılaşmağın Azərbaycan futboluna faydalı olacağını bildirib:
“Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq”.
Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinə “Tottenhem” (İngiltərə), “Monako” (Fransa) və “Anderlext”lə (Belçika) mübarizə aparacaq.