C qrupunda "Qəbələ", PAOK və "Krasnodar"la mübarizə aparacaq "Borussiya"nın baş məşqçisi Tomas Tuçel püşkatmanın nəticəsini dəyərləndirib. Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis maraqlı qrupa düşdüklərini bildirib:
"Doğrudan da bizim üçün maraqlı qrupdu. Biz Yunanıstanda təkrarolunmaz atmosfer gözləyirik. "Krasnodar" Rusiyanın ən yaxşı komandalarından biridir. "Qəbələ" isə nəzərə alaq ki, "Panatinaikos"u keçib. Bütün oyunlara eyni dərəcədə ciddi hazırlaşacağıq".