"Harada olduğumu anlayıram" - "Neftçi"nin yeni transferi

18:52 28 Avqust 2015

"Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Antonio Quinta deyib. Klubun rəsmi saytına danışan Anyete ləqəbli ispan hücumçu keçidi ilə bağlı fikirlərini açıqlayıb:

 

"Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm".


Digər xəbərlər

Xəbər xətti