"Püşkün nəticəsindən razıyam".
Sportarena.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib. Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alan rus klubunun çalışdırıcısı püşkün nəticəsinə münasibət bildirib:
"Biimlə eyni qrupa düşən bütün komandalar mənə yaxşı tanışdı. Bilirəm ki, onlarda nə gözləmək olar. Aydın məsələdi ki, "Borussiya" favoritdi. Biz, PAOK və "Qəbələ" isə ilk növbədə qrupda ikinci pilləni tutmaq üçün mübarizə aparacaq".