"Biz artıq istəyimizə nail olmuşuq. Qrup mərhələsində güclü və tanınmış rəqiblərlə qarşılaşacağıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Aleksey Antonov deyib. UEFA-nın rəsmi saytına danışan ukraynalı futbolçu püşkün nəticəsini dəyərləndirib:
"Qarşıda 6 maraqlı oyun var. Hər biri bizim üçün çox vacibdi. Bütün rəqiblərimiz təhlükəlidi. Onların hamısına hörmət edirik".
Qeyd edək ki, "Qəbələ" "Borussiya", "Krasnodar" və PAOK-la C qrupunda yer alıb.