"Qəbələ" Avroliqadakı ev oyunlarını harada keçirəcək?

14:25 29 Avqust 2015

"Qəbələ" Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, qrup oyunlarındakə rəqiblərini əvvəlki kimi Bakıdakı "Bakcell Arena" stadionunda qəbul edəcək.

 

Stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək "Avro-2016"nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.

 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını "Bakcell Arena"da keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutur. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq.


Digər xəbərlər

Xəbər xətti