"Xəzər Lənkəran" hazırlıqlara başladı

14:47 29 Avqust 2015

Premyer Liqada yaranan fasilədə sərbəst buraxılan “Xəzər Lənkəran” bir araya gəlib.


Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komanda 5-günlük istirahətini yekunlaşdıraraq öncədən planlaşdırıldığı kimi avqustun 28-də Lənkərandakı bazasında toplanaraq hazırlıqlara start verib.

 

Stadionun ehtiyat meydançasında günün ikinci yarısında keçirilən məşq fiziki hərəkətlərin yerinə yetirilməsi ilə başlayaraq ardıyca toplu çalışmalarla ümumliikdə bir saatdan çox davam edib. Milli futbolçulardan savayı bütün heyət üzvləri məşdə iştirak ediblər.

 

Qeyd edək ki, baxışdan keçmək üçün Lənkərana dəvət olunan Serb və Xorvat futbolçular artıq geri qaytarılıb.


Digər xəbərlər

Xəbər xətti