Türkiyədə yay transfer dönəminin lideri olan "Fənərbaxça" heyətini daha bir futbolçu ilə gücləndirib. Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un 21 yaşlı yarımmüdafiəçisi Lazar Markoviçin keçidini həll edib.
"Sarı-lacivərdlilər" gənc futbolçunu icarəyə götürüb. Türk klubu nə qədər çalışsa da, ingilislər gələcəyinə ümid etdiyi Markoviçi satmayıblar.
Ulduz futbolçuun bu gün 19:00-da İstanbulda olacağı söylənilir.