"Qarabağ"ın hollandiyalı futbolçusu Raydel Pupon ölkəsinin mətbuatına açıqlama verib. Sportarena.az xəbər verir ki, hücumçu UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirib.
Pupon qrup mərhələsindəki rəqiblərinə Bakıda qalib gələ biləcəklərini deyib: "Bizi möhtəşəm görüşlər gözləyir. Bəlkə də bizim bu qrupdan çıxmaq üçün şansımız olmadığını hər kəs düşünür. Amma belə deyil. Biz bu rəqiblərə ən azından Bakıda qalib gələ bilərik. Çünki möhtəşəm azarkeşlərimizin önündə oynayacağıq. Rəqiblər güclüdür, amma futbolda belə bir söz var: "top yumrudur, meydan düz". Ona görə də proqnoz vermək olmaz".
Qeyd edək ki, "Qarabağ" J qrupunda "Monako", "Tottenhem" və "Anderlext"lə mübarizə aparacaq.