Son çempiondan darmadağın, "Qəbələ"nin rəqibi "Herta"nı məğlub etdi - YENİLƏNİB

01:04 31 Avqust 2015

Almaniya Bundesliqasında III tur davam edir. Sportarena.az xəbər verir ki, ikinci oyun günü daha 6 oyun keçirilib.

 

Son çempion "Bavariya" doğma meydanda "Bayer"i qonaq edib və rəqibin qapısından 3 cavabsız top keçirib.

 

Bundesliqanın debütantı "İqnolştadt" səfərdə "Auqsburq"u məğlub edib. "Ştutqart" - "Ayntraxt" oyununda isə qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

 

Tura bu gün yekun vurulacaq. "Qəbələ"nin vroliqanın qrup mərhələsindəki rəqiblərindən "Borussiya" doğma meydanda "Herta" ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Almaniya Bundesliqası, III tur

28 avqust

 

“Volfsburq” – “Şalke” – 3:0

Qollar: Bas Dost, 17, Rodrigez, 59, Klose, 61

 

29 avqust

"Köln" - "Hamburq" - 2:1

Qollar: Hosiner, 76, Modeste, 81 - Holtbi, 47

 

"Auqsburq" - "İnqolştadt" - 0:1

Qol: Lekie, 63

 

"Maynts" - "Hannover" - 3:0

Qollar: Muto, 15, 29, Malli, 48

 

"Darmştadt" - "Hoffenhaym" - 0:0

 

"Ştutqart" - "Ayntraxt" F - 1:4

Qollar: Didavi, 30 - Hlouşek, 11 (Öz qapısına), Kastanyos, 42, 87, Seferoviç, 69

 

"Bavariya" - "Bayer" L - 3:0

Qol: Müller, 26, 58 (pen.), Roben, 71

 

30 avqust

18:30 "Borussiya" D - "Herta" 3:1

20:30 "Verder" - "Borussiya" M 2:1


Digər xəbərlər

Xəbər xətti