“Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında keçirilən “9-cu Zirvə Kuboku”nda qadınların mübarizəsi başa çatıb.
Sportarena.az saytının yarışda olan müxbirinin verdiyi məlumata görə, son olaraq yaşı 18-dən yuxarı olan atletlər körpücük üzərinə çıxıb. Yetərincə təcrübəli idmançıların rəqabətini izləmək xoş idi.
Bu qrupda gözlənildiyi kimi favoritlər hamını üstələdi. “Abşeron-Zirvə” təmsilçisi, tanınmış mütəxəssis Hafiz Süleymanovun tələbəsi olan İbrahimli Anastasiya İbrahimli 230 kq (105+125) toplam nəticə və 285.23 xalla aşkar fərqlə qalib gəldi.
İkinci pillədə “Jidaçiv-Zirvə”dən Anastasiya Qotfrid qərarlaşdı. O, toplam 225 kq (110+115) nəticə və 243.83 xalla gümüş medala sahib çıxıb. Bürünc medal “Xırdalan-Zirvə” atleti Əhmədova Ləmana qismət olub. O, toplam 158 kq (73+85) çəkinin öhdəsindən gəlib və Sinkleyr cədvəli ilə 229.60 xal toplayıb.