"Xəzər Lənkəran" imtina etdi, "Neftçi" ilə razılığa gəldilər

10:47 31 Avqust 2015

AZAL sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu dəfə komandanın rəqibi “Neftçi” olacaq. Matç Matç İsmət Qayıbov adına stadionda baş tutacaq.

 

Qeyd edək ki, AZAL sentyabrın 2-də “Xəzər-Lənkəran”la qarşılaşmalı idi. Bu barədə hər iki klubun rəsmiləri razılıq əldə etmişdi. Lakin sonradan lənkəranlılılar Bakıya gələ bilməyəcəklərini bildirib və görüşdən imtina ediblər. Səbəb kimi isə “Xəzər-Lənkəran”ın İrana təlim-məşq toplanışına yollanması göstərilib.

 

Xatırladaq ki, AZAL bundan əvvəl yoxlama görüşündə "Şərur"a 4:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti