Boks Federasiyasından loqo ilə bağlı bəyanat

11:15 31 Avqust 2015

Azərbaycan Boks Federasiyası bəzi saytlarda gedən "Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub" başlıqlı yazıya münasibət bildirib. Sportarena.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası (ABF) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

 

"Federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz. Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz".


Digər xəbərlər

Xəbər xətti