Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünə hazırlıqlarını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib. Sportarena.az xəbər verir ki, Samir Əliyevin yetirmələri əvəzedici heyətlə görüşüb.
Qarşılaşmada “Neftçi”nin əsas komandası 3:1 hesabı ilə qalib gəlib. Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları paytaxt təmsilçisində ilk oyununu keçirən Antonio Kuinta və Erik Ramos vurublar. Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.