"Komandamı dəyişmək istəmirdim, bir yerdən başqasına köçmək ağırdı. Fikirlərim Odessa ilə bağlı idi. Bir neçə il də burada çıxış edib, klubun strukturunda qalmaq istəyirdim".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı deyib. Ukrayna mətbuatına danışan təcrübəli qolkiper "Qəbələ"yə keçidinin təfərrüatlarını açıqlayıb:
"Harasa xaricə deyil, heç Odessadan kənara getməklə bağlı fikrim də yox idi. Məşqçi dəvət edəndən sonra onun fikrini öyrənib, inandım və getdim. Axı 45-50 yaşıma qədər hansısa məbləğdə maaşım olmayacaq. Müəyyən müddətə qədər oynayacağımdan, gələcəyimi təmin etmək lazımdı. Ailəmi saxlamaq üçün qazanmalı, özümü onlara həsr etməliyəm. Avropa Liqasında oynamışam, gedib "Privoz" və ya "7-ci kilometr"də alver edəsi deyiləm ki. Axı, bu da bir iş deyil, barmaqla göstərəcəklər".