Aleksey Antonov: "Ukraynaya qayıda bilərəm"

14:20 31 Avqust 2015

"Azərbaycanda gedişimdə baş məşqçi amili rol oynadı. Həmçinin "Qəbələ"də yaxşı tanıdığım bir neçə futbolçu var. Mənəvi olaraq mənim üçün Azərbaycana getmək asan oldu".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Antonov deyib. Ukrayna mətbuatına danışan futbolçu yenidən ölkəsinə qayıda biləcəyini söyləyib:

 

"Mənim də ailəm var. Anlayıram, nə qədər ki, gücüm var oynamalı və pul toplamalıyam. Çünki bu gün futbol oynayıram, sabah nə olacağını bilmirəm. Ukraynaya qayıda bilərəm. Ancaq heç kəs zəmanət verə bilməz ki, Ukraynada hər şey sabit olacaq. Biz aydan-aya maaşımızı və mükafatımızı ala biləcəyik".

 

Qeyd edək ki, "Dnepr"in yetirməsi olan Antonov bu yay Qazaxıstanın "Aktobe" klubundan "Qəbələ"yə transfer olunub.


Digər xəbərlər

Xəbər xətti