UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu qatıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı qaralar" Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovu icarə əsasında heyətinə qatıb. “Xəzər Lənkəran”ın hücumçusu ilə 4 aylıq anlaşma əldə olunub.
26 yaşlı hücumçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.