Bu gün Bakı Apelyasiya məhkəməsində Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılıb.
Sportarena.az sportal.a-a istinadən xəbər verir ki, futbolçuya mənəvi dəstək olmaq üçün "Qəbələ"nin futbolçuları Ürfan Abbasov və Asif Məmmədov, "İnter"dən Mirhüseyn Seyidov, "Zirə"nin qolkiperi Anar Nəzirov və "Qəbələ"nin məşqçisi Sənan Qurbanov da məhkəmənin keçirildiyi yerə gediblər.
Qeyd edək ki, Apelyasiya məhkəməsi vəsatəti qəbul etməyib və onun haqda həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb.