“Zirvə” Beynəlxalq İdman Klubunun avqustun 28-29-da Astara Olimpiya İdman Kompleksində keçirilən ağır atletika üzrə “9-cu Zirvə Kuboku” başa çatdı. Sportarena.az xəbər verir ki, yarışçılar arasında son olaraq veteranlar qüvvələrini sınadılar. Ən yaşlısının 67 yaşı olan idmançılar körpücük üzərində hələ də güclü olduqlarını nümayiş etdirə bildilər. Maraqlıdır ki, çempion titulu məhz bu adama qismət oldu.
1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kq (91+110) nəticə göstərdi. “Xırdalan-Zirvə” atleti Manone-Meltzer cədvəli üzrə 405.16 xalla qızıl medala sahib çıxdı.
Gümüş medalı toplam 296 kq (146+150) nəticə və 371.07 xal toplayan “Sumqayıt-Zirvə” nümayəndəsi Emin Əliyev qazandı. Bürünc medal isə “Samux-Zirvə”dən Zəfər Tağıyevin adına yazıldı. O, toplam 245 kq (105+140) və 370.67 xal topladı.