"Zirə"dən son dəqiqə sürprizi: Millinin üzvünü transfer etdilər

02:30 1 Sentyabr 2015

"Zirə" transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb.

 

24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb.

 

Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.


Digər xəbərlər

Xəbər xətti