"Mançester Yunayted"in qapıçısı David de Xea karyerasını vətənində davam etdirəcək. Sportarena.az xəbər verir ki, "Real" ispan qapıçını heyətinə qatıb.
Uzun müddətdir ulduz qapıçı üçün ingilislərlə danışıq aparan "kral klubu" "transfer pəncərəsi"nin bağlanmağına bir neçə saat qalmış keçidi həll ediblər. Ancaq bu, "Real"a elə də ucuz başa gəlməyib.
Madrid təmsilçisi "Atletiko"dan 25 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçən de Xea üçün "qırmızı şeytanlar"a 30 milyon avro ödəyib.