"Mançester Yunayted" hücum xəttindəki boşluğu Fransa millisinin üzvü ilə doldurub. Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" "Monako"nun 19 yaşlı forvardı Antoni Martialı transfer edib.
Bu keçid ingilislərə 36 millyon funt-sterlinqə başa gəlib. Martial "mankunyanlar"ın tarixində Anxel di Mariya və Xuan Matadan sonra 3-cü ən bahalı transferdir.
Qeyd edək ki, "Monako" Avroliqada "Qarabağ"la J qrupunda yer alıb.