AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalada toplanışda olan "Rəvan” ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, paytaxt klubu Zaqatala Olimpiya Kompleksinin stadionunda yenicə yaradılan, yeni mövsümdən I divizionda mübarizə aparacaq "Zaqatala” klubu ilə qarşılaşıb. Premyer Liqada qələbəyə həsrət olan "Rəvan" bir ayın klubunu da yenə bilməyib: matç qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "aslanlar” növbəti yoxlama görüşünü sabah "Qəbələ”nin əvəzedici komandasına qarşı keçirəcək. Qəbələdə baş tutacaq duel saat 18:30-da başlayacaq.