Robert Prosineçki: "Komandamın gücünə inanıram"

15:50 1 Sentyabr 2015

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini açıqlayıb.  Sportarena.az azerisport.az saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

 

"Ötən gündən etibarən komandanın bütün üzvləri toplanışda iştirak etməyə başlayıb. Tam heyətlə ilk məşqimiz bu gün baş tutacaq. Zədəli futbolçumuz yoxdur. Bu da sevindirməyə bilməz. Bizi vacib oyunlar gözləyir. Çünki çətin rəqiblərə qarşı mübarizə aparacağıq".

 

Prosineçki qarşıdakı matçlara oyun təcrübəsi olmayan futbolçuları dəvət etməsinə də aydınlıq gətirib: "Xorvatiyaya qarşı meydana çıxacaq futbolçuların 90 faizini oyun cətrübəsi olanlar təşkil edəcəklər. Bütövlükdə, yığmada hər şey qaydasındadır. Uşaqlar məşqlərdə yaxşı çalışırlar. Bundan razıyam. Yaxşı oyun göstərəcəyimizə inanıram".

 

O, itkilərdən də söz açıb: "Maksim Medvedevlə Cavid Hüseynovun timsalında itkilərimiz də var. Onlar bizə kömək edə bilməyəcəklər. Amma bu, hələ heyəti açıqlayana qədər də məlum idi".

 

Prosineçkinin sözlərinə görə, komandası hazırda tam olaraq xorvatlarla oyuna köklənib: "Hazırda yalnız Xorvatiya ilə matçı düşünürük. Ancaq buna görə narahatam. Son oyunlarımızı analiz etmişəm. Səhvlərə yol vermək olmaz. Son iki oyunda yaxşı çıxış etmişik. Xorvatiyaya gəlincə, bu komandanı yaxşı tanıyıram. Komandamın gücünə inanıram".

 

R.Prosineçki millinin sabiq oyunçusu Vaqif Cavadovun “Qəbələ”yə keçməsi faktını isə şərh etməyib: “Xorvatiya ilə oyun öncəsi Cavadovun başqa bir kluba keçməsi məni düşündürmür”.


Digər xəbərlər

Xəbər xətti