"Qəbələ" "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını ölkə xaricində davam etdirəcək. Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası bu gün səhər saatlarında Ukraynaya yola düşüb.
Qəbələ təmsilçisi Odessa şəhərində 6 gün hazırlıq keçəcək.
Qeyd edək ki, "Qəbələ" Ukrayna toplanışı çərçivəsində "Çernomorets"lə yoxlama oyunu keçirməyi planlaşdırır. Qarşılaşma sentyabrın 6-da keçiriləcək.