Luka Modriç millimizlə qarşıdakı oyundan danışdı

17:12 1 Sentyabr 2015

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Avro-2016"nın seçmə mərhələsində Norveç və Azərbaycanla keçirəcəkləri oyunlar haqda danışıb. Sportarena.az xəbər verir ki, "HTV"yə açıqlama verən 29 yaşlı futbolçu hər iki qarşılaşmanın çətin keçəcəyini deyib:

 

"Səfərdə iki çətin matç bizi gözləyir. Hazırlıqlara start vermişik. Hər iki oyundan yaxşı nəticə qazanacağımıza inanıram".

 

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveçlə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti