"Onlara rəsmi şəkildə xəbərdarlıq etdik" - Elxan Məmmədov

17:26 1 Sentyabr 2015

AFFA-nın baş katibi Elxan Məmmədov müsahibə verib. Sportarena.az "futbolxeber.az"a istinadən həmin müsahibəni təqdim edir:


- Millimizin Xorvatiya ilə oyununa az vaxt qalıb. Qarşıdakı oyundan nə gözləyirsiniz?

- Milli komandamız bir neçə gün əvvəl təlim-məşq toplanışına start verib. Qarşıdan 2 vacib oyun gəlir. Xorvatiya yığması hazırda qrupumuzun lideridir. Səfərdə ilk oyunda onlara böyükhesabla uduzmuşuq. Bu dəfəki görüşə komandamız çox ciddi hazırlaşır. Daha sonra Malta ilə görüşəcəyik. 3 gün ərzində 2 oyun keçirmək heç də asan deyil.

 

- Tofiq Bəhramov adına Respublika stadionunun qazonu hazırda yaxşı vəziyyətdə deyil. Qazonla bağlı nə kimi planlar var?

- Stadion və “Qarabağ” rəhbərliyi ilə bu barədə müzakirələr aparırıq. Hazırda danışıqlar gedir.

 

- Respublika stadionunun qazonu ilə bağlı mütəmadi olaraq problem yaranır. Bu səbəbdən qazona cavabdehlik daşıyan “Football & Sports Management” (FSM) şirkəti ilə əməkdaşlığı dayandırmaq fikriniz var?

- Həmin şirkət təkcə bu stadiona yox, “Bakcell Arena”ya, İsmət Qayıbov adına stadiona və bizim akademiyalarımıza da cavabdehlik daşıyır. Biz FSM şirkətinin rəhbərliyini Bakıya dəvət etdik. Onlarla görüşdə və şirkətə rəsmi şəkildə xəbərdarlıq etdik. Bu əməkdaşlığın davam edib-etməməsi onların özlərindən asılıdır.

 

- Bakı Olimpiya stadionu artıq futbol oyunlarını qəbul etmək üçün tam hazırdı?

- Biz istəyirik ki, Olimpiya stadionunda həm millimiz, həm də klublarımız oynasın. Buna görə də UEFA-ya müraciət etmişik. İtaliya ilə seçmə mərhələ oyunu Olimpiya stadionunda keçiriləcək. Planda var ki, həmin matça qədər gənclərdən ibarət millimizin bir yoxlama oyununu ora salaq. Bu, test xarakteri daşıyacaq.

 

- Futbolun inkişafına dair Dövlət proqramı ilə bağlı son durum necədir?

- Dövlət proqramı üzərində iş gedir. Nazirlik və digər qurumlara da proqramı təqdim etmişilk. Böyük ehtimalla, 2016-cı ilin əvvəlində məsələ tam həll olunacaq.

 

- Budəfəki proqram əvvəlkindən nə ilə fərqlənəcək?

- Burada məsələlər daha konkretdi. Bildiyiniz kimi, əvvəlki proqram 2005-2015-ci illəri əhatə edirdi. Həmin proqram yerinə yetirildi. Hazırkı proqramın qəbulu təkcə AFFA-dan asılı deyil. Burada idman və təhsil nazirliklərinin də üzərinə pay düşür.


Digər xəbərlər

Xəbər xətti